"ŞAHDAĞ S." - "QARABAĞ" 0:0

single-news
10 Dek 2004

"ŞAHDAĞ S." - "QARABAĞ" 0:0



"ŞAHDAĞ S.": 30.T.Məcidov, 2.A.Yunusov, 3.K.Yunusov, 13.K.Əlibabayev, 15.M.Sudin, 17.Q.Əliyev, 18.R.Əmirquliyev, 77.A.Nurəliyev, 9.E.Rüstəmov, 10.V.Sidoruk, 11.K.Nurəhmədov. "QARABAĞ": 1.R.Mehdiyev, 3.M.Yunusov, 5.A.İbrahimov, 8.A.Cabbarov, 15.M.Orucov, 7.A.Məmmədov, 16.S.Abbasov, 11.E.İmaməliyev, 21.İ.Məmmədov, 9.S.Musayev, 10.V.Vasilyev. Oyun "Qarabağ"ın hücumları ilə başladı.Elə oyunun 3-cü dəqiqəsində hesab aşıla bilərdi. Belə ki, Eminin ötürməsindən sonra, Samir qapıçı ilə təkbətək qaldı.Lakin onun zərbəsi qapıdan aralı keçdi.17-ci dəqiqədə rəqibi əks hücumda tutan komandamız son anda İsmayılın Samirlə bir-birini başa düşməməsi üzündən alınmadı.Oyunun 40-cı dəqiqəsində Mübariz Orucovun asmasından sonra S.Musayevin zərbəsi qapıdan aralı keçdi.43-cü dəqiqədə hücuma qoşulmuş Abuzərin başla zərbəsini qapıçı Məcidov tuta bildi. 2-ci hissədə İ.Ponomaryov V.Nadirovla A.Ponomaryovu oyuna buraxdı.Bu hücum xəttini bir az gücləndirdi.68-ci dəqiqədə A.Cabbarovun zərbəsi çox təhlükəli alındı.70-ci dəqiqədə Mübariz Orucovun ötürməsindən sonra İsmayıl Məmmədovun zərbəsini qapıçı tutdu.79-cu dəqiqədə Vüqarın ötürməsini Mehman başla qapıya göndərdi.Amma son anda rəqib müdafiəçi topu yan xəttə göndərə bildi.88-ci dəqiqədə İsmayıl Məmmədovun uzaqdan zərbəsi qapı dirəyinə dəydi. Maraqlı oyun heç- heçə başa çatdı. Turun digər oyunları belə nəticələnmişdir: «Xəzər-Lənkəran» – «Neftçi» 1:1 «Turan» – «Karat» 2:1 «Bakı» – MOİK 2:0 «Karvan» – «Bakılı» 3:0 «Kəpəz» – «Ədliyyə» 1:1 «Şəfa» – «İnter» 1:4 «Şəmkir» - «MKT-Araz» 0:2 «Gənclərbirliyi» – «Göyəzən» 1:0

Paylaş