SAHİL KƏRİMOV QARDAŞI HAQDA NƏ DEDİ?

single-news
23 Sen 2008

SAHİL KƏRİMOV QARDAŞI HAQDA NƏ DEDİ?



“Qarabağ” çətin “Qəbələ” səfərindən üzüağ dönməyi bacardı. Olduqca gərgin keçən matç bir sıra maraqlı məqamlarla yadda oldu. Şübhəsiz, diqqəti ən çox cəlb edən qardaşların dueli idi. “Qarabağ”ın heyətində meydana çıxan Sahil Kərimov qapıda əla oyunuyla göz doldurdu. 29 yaşlı qapıçı oyun ərzində cəmi bir qol buraxdı. Maraqlıdı ki, Sahilin  qoruduğu qapıdan yeganə qolu qardaşı Kənan keçirdi. Qolkiperimizin böyük qardaşı ötən il “Qarabağ”ın şərəfini qoruyurdu və elə “Qəbələ”nin qapısına yol tapmaqla yadda  qalmışdı. Görəsən, qardaşların dueli hansı təəssüratla yadda qalıb. Bu məqsədlə Sahilin fikirlərini öyrəndik:” Ən önəmlisi, “Qarabağ” qələbə qazandı. Bu bizim üçün çox önəmli idi. Qardaşımın qol vurmağına gəlincə. Nə deyim? Əvvəl-axır, Kənan mənə qol vurmalıydı ya yox?(gülür). İndiyə kimi qardaşımla 4 dəfə qarşılaşmışıq. Heç bir oyunda Kənan komandası formasını daşıdığım komandaya qalib gələ bilməyib. Düzdü, qardaşım ilk dəfə mənə qol vura bildi. Amma, əsas odu ki, “Qarabağ” qələbə qazandı.”

Paylaş

// pop up