ŞAHİN DİNİYEV: "QALİB GƏLMƏK İSTƏYİRDİK, AMMA OYUNDAN SONRA DEYƏ BİLƏRƏM Kİ, BİR XAL QAZANDIQ"

single-news
4 Dek 2005

ŞAHİN DİNİYEV: "QALİB GƏLMƏK İSTƏYİRDİK, AMMA OYUNDAN SONRA DEYƏ BİLƏRƏM Kİ, BİR XAL QAZANDIQ"



Matç sonrası mətbuat konfransı keçirildi. İlk öncə hər iki klubun Baş Məşqçisi matç haqqında fikirlərini bildirdilər. Şahin Diniyev:"Matç çox maraqlı keçdi. Hər iki komanda meydana istəkli çıxmışdı.Buna görə də, matç çox gözəl alındı. Biz buraya üç xal üçün gəlmişdik, bu bizə yüksək yerlər uğrunda mübarizə aparmağa çox kömək edəcəkdi. Amma oyun göstərdi ki, biz burada üç xal itirməyib, bir xal QAZANDIQ."Qarabağ"ı gözəl oyun münasabətilə təbrik edirəm." Elxan Abdullayev:"Bu gün bizim əsas heyətdə yer almalı olan bir neçə aparıcı futbolçumuz zədə üzündən meydana çıxa bilməmişdi. Aslan Kərimovu isə, qızdırmalı olmasına baxmayaraq, məcburi heyətə salmışdıq. Kravçenkonun yoxluğu özünü göstərdi.Oyun qurucumuzun olmaması sonda heç-heçəyə gətirib çıxardı."Gəncə"nı xal qazanmaları münasibətilə təbrik edirəm." Bundan sonra Baş Məşqçilər mətbuat nümayəndələrinin müxtəlif səpkili suallarına cavab verdilər.

Paylaş