Şahruddin Məhəmmədəliyev: “Tezliklə zədəmi bərpa edib, komandamıza kömək etmək istəyirəm”

single-news
19 Apr 2021

Şahruddin Məhəmmədəliyev: “Tezliklə zədəmi bərpa edib, komandamıza kömək etmək istəyirəm”



Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə alan qapıçımız Şahruddin Məhəmmədəliyevin müalicəsi davam edir. Futbolçumuz zədələndiyi epizod və son durumu ilə bağlı klubumuzun saytına açıqlama verib:

 

“Həmin anda nə baş verdiyini anlamadım. Topa birinci mən çatmışdım. Ağrıdan əlimi, ayağımı hiss etmirdim. Ayağa qalxanda üzüm qan içində idi. İndi özümü pis hiss etmirəm. Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə 7 tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək. Həmin epizodda mənə xəsarət yetirən Amil Yunanov, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçular əlaqə saxlayıb, maraqlandılar. Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi isə tezliklə zədəmi bərpa edib, “Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana qayıdacağam”.

 

No description available.

Paylaş