Şakiri ən yaxşı seçildi
Şakiri ən yaxşı seçildi
`Qarabağ`ımız dünən möhtəşəm gecə sonunda `Neftçi`ni sıradan çıxararaq Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazandı. İnanılmaz mücadilə örnəyi göstərən komandamız hər iki görüşdə qapısından bir top belə buraxmadı. Hər bir futbolçumuz meydanda canını qoydu. Komandamız arasında sorğu keçirdik. Və komandamızın playmeykeri Artim Şakiri dünən ki oyunun ən yaxşı oyunçusu seçildi. Həqiqətən də, qocalmaq bilməyən dünya şöhrətli futbolçunun meydanda ayaq basmadığı yer qalmadı. Bir epizodda isə hətta ən son müdafiəçi mövqeyində başarılı şəkildə təhlükəni sovuşdurdu. Səbəbkar isə, yarımfinala çıxmasına sevinir:` Peşəkar futbolda uğurlara doymaq olmaz. Fərqli ölkələrdə tiullar qazanmışam. O cümlədən də `Qarabağ`da da nəsə qazanmaq istəyirəm. Zənnimcə, kubok yolunda ən böyük maneəni dəf etdik. Komandamız əla oynadı. Özümü kimdənsə fərqləndirmək istəməzdim. Bir uğur meydandakı 11 futbolçuyla yanaşı ehtiyat oyunçular skamyasında əyləşən yoldaşlarının birgə düşünən ürəyinin məhsuludur.