Şakiri inam verdi
Şakiri inam verdi
`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Gündə 2 dəfə məşq edən komandamızda yüksək əhval-ruhiyyə hökm sürür. Komandamızın bütün üzvlərinin əla formada olması hər kəsi sevindirir. Komandamızın liderlərindən biri Artim Şakirinin də yükəsk performansı üzləri güldürür. Dünya yığmasının forması geymiş, Makedoniya millisinin sabiq kapitanı Şakiri çox iddialı danışdı:` Uşaqların əla formada olması yaxşıdır. Çempionat yeni başlayanda çoxumuz bir-birimizi ilk dəfə idi görürdük. Amma artıq adaptasiya dönəmi arxada qalıb. İkinci yarıda daha yaxşı çıxış edəcəyik. Belə davam etsək titul qazanmaq çətin olmayacaq. Bütün rəqiblərə hörmətimiz var. Amma biz heç kimdən zəif deyilik. Əgər qeyri-adi nəsə baş verməsə Avropada `Qarabağ`ın sədası eşidiləcək.`