Şakiri:` Millinin baş məşqçisi olacam, amma bu gün yox`
Şakiri:` Millinin baş məşqçisi olacam, amma bu gün yox`
`Qarabağ`ımızın dünyaca ünlü futbolçusu Artim Şakiri Makedoniya mətbuatının gündəmindədir. Eyniylə yerli mətbuat orqanlarında da `Qarabağ`ımızın üzvü Şakirinin bir eçə gün öncə Strecko Katanetsin istefasından boşalan baş məşqçi postuna adı hallanmaqdadır. Səbəbkar özü isə bu barədə daha dolğun olaraq saytımıza məlumat verib:`Katanetsin istefasından sonra adımın baş məşqçi postunda çəkilməsi haqqında məlumatlar doğrudur. Amma mən heç kimə deməmişəm ki, milliyə görə futbolu yəni `Qarabağ`ı atıb məşqçiliyə başlaram. Ölkəmdə mənə zəng vurmuşdular. Dedim ki, karyeramı bitirdikdən sonra millidə işləməyə hazıram. İlin sonuna qədər klubumla müqaviləm var. Mən `Qarabağ`ın futbolçusuyam. Qarşıda bizi vacib oyunlar gözləyir. Amma milli hamı üçün bir fəxrdir. Mən nə zamansa millinin baş məşqçisi olacam. Amma o bu gün deyil. Hələki, futbol oynamaqdan zövq alıram. `Qarabağ`la titul qazanmaq arzusundayam`
Xatırladaq ki, Şakiri `Qarabağ`da premyerliqada 5 qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə verib.