SAKİT ALIYEV 4 OYUNLUQ CƏZALANDIRILDI

single-news
27 Fev 2008

SAKİT ALIYEV 4 OYUNLUQ CƏZALANDIRILDI



 Premyer Liqanın xv turu çərçivəsində keçirilmiş bir neçə oyunda müəyyən klublar və  bir baş məşqçi cərimə olunub. Bu haqda məlumat AFFA-nın rəsmi saytında verilib:

23 fevral 2008-ci il tarixində Azərbaycan Premyer Liqasının növbəti turunda keçirilmiş «Simurq» - «ABN-Bərdə» oyunu ərzində «Simurq» komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 1000 (min) manat məbləğində cərimə olunsun (maddə 52).

24 fevral 2008-ci il tarixində Azərbaycan Premyer Liqasının növbəti turunda keçirilmiş «Standard» - «İnter» oyunu ərzində «İnter» komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 1000 (min) manat məbləğində cərimə olunsun (maddə 52).

23 fevral 2008-ci il tarixində Azərbaycan Premyer Liqasının növbəti turunda keçirilmiş «Olimpik» - «Turan» oyununun 7-ci dəqiqəsində «Turan» komandasının baş məşqçisi Sakit Alıyev qeyri-etik sözlərlə hakimi təhqir edərək icazəsiz meydana girdiyinə görə 4 oyunluq kənarlaşdırılsın və klub 4000 (dörd min) manat məbləğində cərimə olunsun (maddə 47).

 

Paylaş

// pop up