“Şamaxı” – “Qarabağ” matçının hakimləri açıqlandı
6 Fev 2026
“Şamaxı” – “Qarabağ” matçının hakimləri açıqlandı
Misli Premyer Liqasında XIX turun təyinatları açıqlanıb. Komandamızın “Şamaxı” ilə səfər oyununun hakimləri və rəsmiləri müəyyənləşib.
Fevralın 10-da keçiriləcək “Şamaxı” – “Qarabağ” görüşünü Kamal Umudlu idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynov və Vüsal Məmmədov, dördüncü hakim Ruslan Quliyev olacaq.
Kamranbəy Rəhimov VAR, Eyyub İbrahimov AVAR funksiyasını yerinə yetirəcək. Matçın hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Yavər Rəhimov olacaq.
Qeyd edək ki, Şamaxı şəhər stadionumda keçiriləcək görüş saat 14:30-da başlayacaq.
