Şamaxıda qolsuz heç-heçə
Şamaxıda qolsuz heç-heçə
“Şamaxı” – “Qarabağ” – 0:0
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının XXVII turunda “Şamaxı” ilə görüşüb.
Turun ikinci gününün matçı Şamaxı şəhər stadionunda baş tutub. Komandamız qarşılaşmaya aşağıdakı start heyəti ilə çıxıb: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Görüş komandamızın üstünlüyü ilə keçib. Daha çox hücumlar quran “Qarabağ” rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratsa da, hesab açılmayıb.
İkinci hissədə də matçın ssenarisi dəyişməyib. “Qarabağ” daha çox hücum etsə də, rəqib qapısına yol tapmayıb.
Beləliklə, Şamaxıdakı görüş qolsuz sülhlə başa çatıb. Bu, komandamızı mövsümdə 5-ci heç-heçəsi olub.
Qeyd edək ki, komandamız növbəti oyununu aprelin 18-də keçirəcək. Misli Premyer Liqasının XVIII turunun “Sabah”la görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19:30-da başlayacaq.
