Sami Mmae “Qarabağ”da

single-news
17 İyl 2025

Sami Mmae “Qarabağ”da



Klubumuz yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb: Zaqrebin “Dinamo” klubu ilə uzun sürən danışıqlar uğurla nəticələnib və müdafiəçi Sami Mmae icarəyə götürülüb.

 

Futbolçu komandamızda icarə əsasında forma geyinəcək. Onunla 1 illik müqavilə imzalanıb. Müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.

 

Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda “Dinamo”nun heyətində komandamıza qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, klubumuz bunadək daha üç futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.

Paylaş

// pop up