Samir Abbasov “Xəzər-Lənkəran”la oyunu buraxacaq (ÇEMPİON, 13.05.2005)

single-news
13 May 2005

Samir Abbasov “Xəzər-Lənkəran”la oyunu buraxacaq (ÇEMPİON, 13.05.2005)



Həftəsonu keçiriləcək 32-ci turun ən maraqlı matçı, sözsüz ki, “Xəzər-Lənkəran”la “Qarabağ” arasında oynanılacaq. Meydança sahiblərindən fərqli olaraq, ağdamlılar bu görüş öncəsi böyük itkilərlə üzləşiblər. Mövsümü başa vurmuş Emin İmaməliyevdən başqa, “Qarabağ”ın müdafiə xəttinin aparıcı oyunçularından olan Samir Abbasov da bu qarşılaşmanı buraxmalı olacaq. Müdafiəçinin özü isə bu matçı buraxdığına təəssüflənir: “Düzü, çox istərdim ki, “Xəzər-Lənkəran”la görüşdə oynayım. Amma zədələnməyim buna imkan vermədi. Elə “Neftçi” ilə oyunda olduğu kimi, bu qarşılaşmada da uşaqlar yoxluğumu hiss etdirməyəcəklər. “Xəzər-Lənkəran”la matçda komandamızın uğur qazanacağına inanıram”. “Qarabağ”ın daha bir zədəli futbolçusu Aslan Kərimov komanda yoldaşları ilə bir yerdə məşq etsə də, onun Lənkəranda oynayıb-oynamayacağı hələ də məlum deyil. Onu da xatırladaq ki, Ağdam klubu matçın keçiriləcəyi Lənkəran şəhərinə bu gün yola düşəcək.

Paylaş