SAMİR MUSAYEV: “BU İL “QARABAĞ” ÇEMPİON, MƏN İSƏ BU ÇEMPİONATIN BOMBARDİRİ OLACAĞAM !”

single-news
14 Avq 2006

SAMİR MUSAYEV: “BU İL “QARABAĞ” ÇEMPİON, MƏN İSƏ BU ÇEMPİONATIN BOMBARDİRİ OLACAĞAM !”



“Qarabağ” Futbol klubu XV Azərbaycan Çempionatında ilk oyununu Qusarın “Şahdağ” komandasına qarşı keçirdi və komanda 3:1 hesabı ilə qalib gəldi. Bu oyunda het-trikə imza atmaqla Samir Musayev Çempionatlar tarixinə düşdü. Bu münasibətlə futbolçunun fikirlərini sayt ziyarətçilərimizin diqqətinə çatdırırıq: - Mən sevinirəm ki, komandamın çempionata qələbə ilə başlamasında mənim də rolum oldu. Oyun başlamamışdan mən qol vuracağıma inanırdım. İlk hissədən sonra isə Baş Məşqçimizin mənimlə fərdi söhbəti mənə daha da ruh verdi. İkinci hissə göz qabağında idi... - Vurduğun qollara nəzər yetirdikdə soyuqqanlılığın diqqətdən yayınmır. Bu sənin özünə inamından irəli gəlir yoxsa... - Mənə ötürmə gəlirsə həmin an mən yalnız onu dəqiq zərbə ilə başa vurmaq haqqında düşünürəm. Hər üç epizodda topu qapıdan keçirmək mənim borcum idi ki, mən də bunu etdim. Hələ oyunun sonuna yaxın dördüncü qolu da vurmalı idim. Lakin top ayağımın altında qaldığından rəqibi bağışladım. Hücumçu soyuqqanlı olmasa, uğur qazamnaq çətin olar... - Qol vurduğun an nə hisslər yaşayırsan? Təkcə son oyunu nəzərdə tutmuram.. - Hər dəfə mən və ya komanda yoldaşlarım qol vuranda, yaşanan hisslər sözlə ifadə olunmayacaq qədər gözəldir. Bu dəfə isə qollarım çempionatda ilk het-trik kimi tarixə düşdü. Ümumiyyətlə hər hansı bir əlamətdar hadisə insanın adına yazılırsa bu yaxşı haldır. Mənim üçün də də bu het-trik əlamətdar olmaqla yanaşı, çempionat boyu son olmamasına çalışacağam. - Həm Türkiyədə təlim –məşq prosesində, həm UEFA Kubokundakı hər iki matçda, indi isə çempionatda qolları sıralayırsan. Səncə Milliyə niyə dəvət almırsan? - Mənə də bu təsir edir. Mən bu gün özümü heç bir hücumçudan zəif saymıram və özümü Milliyə kömək edə biləcək formada görürəm. Əgər bu gün hücumçu meydandan qollarla ayrılırsa, komandası üçün vacib oyunlarda öz vəzifəsinin öhdəsindən gəlirsə, məşqçiyə bundan artıq nə lazımdır. Əgər diqqət yetirsəniz, ötən il kubok uğrunda bütün vacib oyunlarda qol vuraraq, komandama az da olsa kömək etdim. Son turda üç qol vurdum. Mən nə etməliyəm? - Amma yaddan çıxartmayaq ki, Millinin Baş Məşqçisi Şahin Diniyevin sənin keryeranda müstəsna rolu olub... - Mən həmişə demişəm və deyəcəyəm də ki, Şahin Diniyev bu gün mənim futbolçu olmağımda böyük rolu olub. Belə ki, məhz o mənim karyeramın məhv olmasına imkan vermədi. Futbol oynamaqda mənə imam verdi, özümü göstərməkdə mənə şans yaratdı. İnanıram ki, Millidə də mənə şans verəcək. - XII Milli Çempionatın bombardiri olsan da, son iki çempionatda bu uğuru təkrarlaya bilmirdin. Bu il azarkeşlər səndən nə gözləsin? - Bombardir olduqdan sonrakı çempionat mənim karyeramda eniş ili oldu. Lakin ötən il özümü toparlaya bildim və qollar vuraraq özümü göstərdim. Bu ilə isə het-triklə başladım. Azarkeşlər bu il hər oyunda məndən qol, komandamızdan isə qələbə gözləsin. Bu il “Qarabağ” çempion, Samir Musayev isə XV Çempionatın bombardiri olacaq ! ! ! SAMİR MUSAYEV HAQQINDA MƏLUMAT

Paylaş