Samir Musayev “Qarabağ”a qayıdacaq... (ÇEMPİON, 18.07.2005)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
18 İyl 2005
Samir Musayev “Qarabağ”a qayıdacaq... (ÇEMPİON, 18.07.2005)
Klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərov futbolçunun geriyə qayıtması üçün işlərin aparıldığını bildirdi: “Samirin bizimlə müqaviləsi başa çatmayıb. O, bir-iki günə geri qayıtmalıdır”. Hazırda Samir “Turan”la birgə Türkiyədə təlim-məşq toplanışındadır. Maraqlıdır ki, artıq tovuzluların onunla müqavilə bağladığı da deyilir. Adının açıqlanmasını istəməyən “Turan” rəsmisi isə bu məsələyə belə aydınlıq gətirdi: “O vaxt “Qarabağ” bizə Musayevi Türkiyəyə aparmağa icazə verdi. İndi ağdamlılarla danışıq aparırıq. Amma onlar razı olmasalar, yəqin ki, o, təzədən “Qarabağ”a qayıtmalı olacaq.