Samir qol vura bilməməsinin səbəbini özü də bilmir (FUTBOL+, 04.10.2005)
4 Okt 2005
Samir qol vura bilməməsinin səbəbini özü də bilmir (FUTBOL+, 04.10.2005)
"Xəzər-Lənkəran"la qarşılaşmada "Qarabağ"ın iki qolundan birinə imza atan Samir Musayev cari mövsümdə siftə etdi. Nə qədər qəribə olsa da, iki il öncəki mövsümdə 23 oyuna 20 qol vuraraq, çempionatın bombardiri olan Samir hələ ki, özünü göstərə bilmir. Hücumçuyla hələ lənkəranlılarla oyundan əvvəl söhbətləşmək istəsə də, o özü bunu bir az sonraya saxlamağı məsləhət bilmişdi. Sanki nədən söhbət açacağımızı öncədən bilirmiş.
- 2003/04 mövsümünün bombardirinin hesabında cəmi bir qol var. O da penaltidən. Bunu nəylə izah edərdin?
- Heç özüm də bilmirəm. Elə bil ayağım tutulub. Sanki qollarını sıralayan Samir indi yoxdu. Bir az bəxtsizlikdən də gileylənirəm. Amma günahımı bununla da sığortalamaq fikrində deyiləm. Əslində yüzfaizli qol imkanı elə də çox olmayıb. 6 oyuna 4-5 dəfə fərqlənə bilərdim. İki dəfə son, bir dəfə "Bakı"yla, bir dəfə də kubok oyununda qola yaxın olmuşam. Amma şans məndən uzaq qaçıb. Yəqin razılaşarsız ki, bir hücumçu üçün qol epizodlarının sayının bu qədər olması elə də çox sayılmamalıdı.
- Belə çıxır ki, lazımınca ötürmə ala bilmirsən?
- Məncə, səbəbin yarısını bununla izah etmək olar. Ötən illə müqayisədə orta xəttimiz bir qədər zəifləyib. Gedən oyunçuların yeri görünür.
- Amma kubok oyununda gerçəkləşdirdiyiniz darmadağında da sənin imzan olmadı.
- Bu mənə çox pis təsir etdi. Necə olur ki, komanda beş qol vurur, amma əsas hücumçulardan sayılan birisi fərqlənə bilmir? Suala sualla cavab verməyim bu amilin özüm üçün də qaranlıq qalmasından irəli gəlir. Məncə, həmin oyunda bəxt tərəfimdə deyildi. Halbuki fərqlənə bilərdim.
- Bəlkə bombardiri olduğun çempionatın səviyyəsi indikindən zəif olduğuna görə onda fərqlənmək asan imiş?...