SAMİR, XÖŞBƏXT OL !

single-news
2 Yan 2004

SAMİR, XÖŞBƏXT OL !



GİRİŞ. 30 dekabr. Bu gün Samir ailə həyatına qovuşdu. O da 2004-cü ilin bu son günlərində subaylığın daşını atıb, yeni bir gənc ailənin təməlini qoydu. Bu sevinc günündə həmişə ona arxa dayaq olmuş “Qarabağ” FK yenə də onu tək buraxmamışdı. Onun toy günü komandanın sevinc günü idi. Bu gün də bütün komanda üzvləri bir yerə yığılmışdı. Musayevlər ailəsinin sevincini bir yerdə bölüşürdülər. NİGAH... Şadlıq sarayı bütünlüklə doludur. Həm qohum əqrəba, həm də Samirin dostları hələ toyun başlama vaxtından bir qədər əvvəl artıq öz yerlərini tutublar. Hamı bəylə gəlinin içəri daxil olmasını gözləyir. Budur... Onlar artıq şadlıq sarayındadırlar. Alqış səsindən qulaq tutulur. "Səadət" sarayının nümayəndəsi bəylə gəlinin nigahını qanuniləşdirir... MÖHTƏŞƏM BİR TOY... Toyun möhtəşəmliyi ilk baxışdan birbaşa olmasa da, dolayısı ilə toya təşrif buyuranların sayı ilə də nəzərə çarpırdı. Sonradan isə yaranmış ab-hava bu fikri tamamilə sübuta yetirdi.. Biz də söz dedik. Komanda adından Ramiz müəllim və Əmrah bəy ən xoş arzularını gənc ailəyə arzuladılar.Samirlə rəqs elədilər. Onun sevincinə şərik çıxdılar.Komanda üzvləri onu qucaqlarında atıb tutaraq, bununla da ona karyerasında daha yüksək zirvələri fəth etməsini arzuladılar. P.S. Toyda nəinki “Qarabağ” FK-nun , eləcədə digər komandalardan da ( Karvan, Neftçi, Xəzər, MKT-Araz, Karat və s.) oyunçular- Samirin dostları iştirak edirdilər. Onlar da Samirin sevincinə bizim qədər sevinirdilər. Fərrux İsmayılov və Samir Əliyevin söz alaraq arzularını bildirməsi, Samirlə rəqs etmələri toya daha da rəng qatdı. Bu bir daha “90 dəqidə rəqib, həyatda dost.”- fikrini sübuta yetirdi. ARZUMUZ... Biz, “Qarabağ” komandası olaraq, Samirə xöşbəxtlik, ailə səadəti, firavan həyat, layiq olduğu zirvələri fəth etməsini diləyirik. Futbolda isə elə bu il çempionliq sevincini yaşamasını arzulayırıq.

Paylaş