SAMİRİN HET-TRİK SEVİNCİ . . .

single-news
21 Apr 2006

SAMİRİN HET-TRİK SEVİNCİ . . .



"Göyəzən" 1-3 "Qarabağ" Oyun başlayan kimi, meydan sahibləri irəli atıldılar.Meydanın mərkəzini ələ almağa çalışan "Göyəzən" ciddi cəhd göstərsə də matç boyu buna nail ola bilmədi. Əvəzində 8-ci dəqiqədə hesab açıldı. Samir Musayev Meydanın mərkəzində topu ələ keçirərək sol cinahdan rəqib cərimə meydançasına daxil oldu və açırma zərbə ilə hesabı açdı. Meydan sahibləri qoldan özünə gəlməmiş Samir dublunu rəsmiləşdirə bilərdi.Digəlki,Ramalın ötürməsindən sonra təkbətək mübarizədə top qapı çərçivəsinə düşmədi. 19-cu dəqiqədə Vasif Haqverdiyevin yan asmasından sonra 2-3 metrlik məsafədən Elmirin zərbəsi dəqiq alınmadı.23 dəqiqədə Qoqa Berayanın qarşısı kobudluqla alındı. Elmirin cərimə zərbəsini isə qapıçı çətinliklə yandan çıxara bildi.Hissənin son dəqiqələrində isə Ramal Hüseynov 3 müdafiəçinin arxada qoyaraq qapıçı ilə təkbətək çıxdı.Lakin zərbə qapı dirəyindən döndü... Minimal hesab sürüşkən olduğundan ikinci hissədə "Qarabağ" hesab arasındakı fərqi artırmaq üçün irəli atıldı. 48-ci dəqiqədə Samir Musayevin ötürməsindən sonra Ramal Hüseynovun zərbəsi azacıq dəqiq alınmadı. 68-ci dəqiqədə isə Elmir- Qoqa - Samir paslaşması sonuncunun dəqiqə zərbəsi ilə tamamlandı: 0:2. Qeyd etmək yerinə düşər ki qolda Qoqa Berayanın müstəsna rolu oldu. Məhz onun özü zərbə vurmayaraq ötürmə ilə daha yaxşı mövqedə olan Samirə ötürmə etməsi ikinci qolu gətirdi. Qoldan sonra daha rahat oyun göstərən komandamız 8 dəqiqə sonra hesab arasındakı fərqi üçə çatdırdı. Bu dəfə də Qoqadan ötürmə alan Samir het-trikini rəsmiləşdirdi. Dəfələrlə qol imkanlarının qarşılığında yalnız bir dəfə epizod yaradan ev sahibləri əlavə olunmuş dəqiqədə təsəlli qolu ilə hesab arasındakı fərqi azalda bildilər. Beləliklə, əksər klublara baş ağrısı yaradan "Göyəzən" səddi "Qarabağ" tərəfindən çətinlik çəkilmədən aşıldı və mühüm üç xal aktivə əlavə olundu... "GÖYƏZƏN" 1 - 3 "QARABAĞ" : FOTOQALEREYA

Paylaş