ŞANS BİZDƏN QAÇDI VƏ...
ŞANS BİZDƏN QAÇDI VƏ...
"QARABAĞ" 0-1 "İNTER"
Matçöncəsi komandada hər kəs qələbədən danışırdı. Ardıcıl 7 qələbədən sonra “İnter”i məğlub edərək yolumuza davam etmək istəyirdik.
Lakin ilk dəqiqəcədə gələn gələn zədə problemi sanki həmin gün qara zolağa düşdüyümüzü göstərirdi. Son günlərdə əla formada olan Kənan Kərimov topa ilk toxunuşcada zədələnərək meydanı 5-ci dəqiqədə tərk etmək məcburiyyətində qaldı. Edilən taktiki dəyişiliyə baxmayaraq komandamız tezliklə üstünlüyü ələ ala bildi. 8-ci dəqiqədə Vaqif Cavadov ilk əlverişli imkanı boşa verdi. Cəmi bir neçə dəqiqə sonra Cavadov ötürmə vermək əvəzinə topu bir qədər ləngitdi və təhlükə sovuşdu. 20-ci dəqiqədən etibarən topa nəzarəti ələ keçirən komandamız sürətli əks həmlələrlə rəqibi çətin vəziyyətə salırdı. İlk yarıda “İnter”in ən əhlükəli hücumunda Mahmud Qurbanovun cərimə zərbəsi yadda qalan oldu. Lakin komandamızın qaçırdığı şans isə daha təhlükəli idi. Belə ki, əks hücum zamanı Viktorun cərimə meydançasına qaldırdığı topa Qoqa hamıdan yüksəyə tullanaraq zərbə vursada, qapıçı son anda barmaqlarının ucuyla topu qapı xəttindən çıxardı.
İkinci yarıya da hücumlarla başlayan komandamız bir neçə əlverişli imkan əldə etsə də son anda ya şanssızlıq ya da görüşün hakimi Eldar Nağıbəyov tərəfindən dayandırılırdı. Hakimlikdən söz düşmüşkən 2-ci turda səfərdə qarşılaşdığımız “Xəzər-Lənkəran” matçında rəqibə 3 xalı hədiyyə etmişdi. Hər halda bu dəfə də Nağıbəyov öz sözünü dedi. Qapımıza heç nədən təyin edilmiş cərimə zamanı top canlı səddən dönəndə Arnaut topu əllə saxlayıb topu ötürsədə hakim oyunu saxlamadı və Xəqani 85-ci dəqiqədə “İnter”i irəli çıxardı. “Qarabağ” son dəqiqələrdə bütün komanda ilə irəli atılsa da hesab dəyişmədi və komandamızın 7 oyunluq qələbə seriyası qırıldı.
Oyunun protokolu ilə tanış olmaq üçün:
Oyundan görüntülərə baxmaq üçün: