`Şaxtyor`a məğlub olduq...

single-news
25 Yan 2010

`Şaxtyor`a məğlub olduq...



"Qarabağ" (Azərbaycan) - "Şaxtyor" (Ukrayna) 1:3 

"Qarabağ": Sahil Kərimov, Aftandil Hacıyev, Zaur Həşimov, Ayxan Abbasov, Qara Qarayev, Namiq Yusifov, Emin İmaməliyev, Rəşad Kərimov, Kiprian, Zelko Malciç, İqor Rodovanoviç    

Heyətdən də göründüyü kimi, Baş Məşqçimiz baxışda olan futbolçulara şans verərək onları yoxlamaq qərarı vermişdi. Matç çox sürətli başladı və 8-ci dəqiqədə qapıçımız Sahil Kərimovun  kobud səhvindən sonra rəqib hücumçu `hədiyyə`ni qolla dəyərləndirdi. `Qarabağ`buna gözəl bir qolla cavab verdi. İlk yarıda ən yaxşılardan olan Emin İmaməliyev künc zərbəsini birbaşa qapıya yönəltdi... Dəqiqələr keçdikcə üstünlüyü ələ alan komandamız 25-ci dəqiqədə penalti vurmaq şansı qazandı. Lakin Rəşad Kərimovun zərbəsini qapıçı dəf edə bildi. Hissənin sonlarında isə Aftandil Hacıyevin kobud oyununu hakim bu dəfə bizim qapıya penalti zərbəsi kimi dəyərləndirdi. Rəqib hücumçunun dəqiq zərbəsi hissənin hesabını müəyyənləşdirdi...

İkinci hissədə Emin, Namiq və Sahilin yerinə Petru, Tural və Osman daxil oldu. Mərkəzdə Kiprian və Rəşad Kərimov fəal olmağa çalışsalar da, qol rəqibdən gəldi. Künc zərbəsindən geriyə ötürmədən sonra gözəl zərbə ilə hesab 3-1 oldu. Matç bu hesabla da başa çatdı... 

FOTOQALEREYA: `Qarabağ` - `Şaxtyor`

Bakı vaxtı ilə saat 18:00-da komandamız Ruminiyanın Gloriya Bistrita komandası ilə son yoxlama görüşünə çıxacaq... Gözlənilən start heyəti ilə digər yazıdan tanış ola bilərsiniz...

Paylaş

// pop up