SAYTDA YENİLİKLER: ON LİNE MƏTBUAT XİDMƏTİ
22 Avq 2005
SAYTDA YENİLİKLER: ON LİNE MƏTBUAT XİDMƏTİ
Hörmətli “Qarabağ” Futbol Klubunun azarkeşləri !
Klubumuzun mətbuat xidməti çalışır ki, sevimli komandanız barədə bilmək istədiyiniz hər bir şey haqqında sizi operativ olaraq məlumatlandırsın. Lakin son bir ilin təcrübəsi bizə onu deməyə əsas verir ki, bizim saytda dərc etdiyimiz və dövrü mətbuat vasitəsilə sizə ötürülən xəbərlər heç də bütün azarkeşlərimizi klub haqqında kifayət qədər bilgiləndirmir.
Buna görə də, bu andan etibarən “Qarabağ” FK-nun mətbuat xidməti bu boşluğu aradan qaldırmağa çalışacaq.Bunun üçün siz yalniz FORUM-da qeydiyyatdan keçərək On-Line Metbuat Xidmeti bölümündən bizə suallarınızı unvanlamalısınız.
Biz müntəzəm olaraq, ON-LİNE MƏTBUAT XİDMƏTİnin SUAL-CAVAB bölməsində qısa və konkret olaraq aktual, sizi maraqlandıran suallara cavablar verəcəyik.
SUAL VERİN, CAVAB ALIN.