SAYTIMIZ YENƏ DƏ LİDERDİR....

single-news
30 İyl 2005

SAYTIMIZ YENƏ DƏ LİDERDİR....



Gündəlik ictimai, siyasi qəzet olan "525-ci qəzet" ölkədə fəaliyyət göstərən internet səhifələrinə öz qiymətini verib. 30.07.2005-ci il tarixli nömrəsində yer almış bu yazıda digər klublarla yanaşı bizim kluba məxsus sayta da qiymət verilib. Əsasən nöqsanlara diqqət yetirilən yazıda www.qarabagh.com -saytı yüksək qiymət alaraq, ən operativ sayt hesab edilib.Yazının bizə aid hissəsini diqqətinizə çatdırırıq: ... "QARABAĞ"IN NÜMUNƏVİ İNTERNET ÜNVANI "Qarabağ" XIII ölkə çempionatında uğursuz çıxış etsə də, komandanın internet səhifəsi haqqında yalnız xoş sözlər demək olar. Üç dildə fəaliyyət göstərən www.garabagh.com-un ölkədə ən yaxşı olduğu şübhə doğurmur. Digərlərindən fərqli olaraq, daha operativ işləyən səhifədə tez-tez maraqlı sorğulara rast gəlmək mümkündür. "Qarabağ"ın ölkə çempionatındakı bütün oyunlarından şəkillərin səhifədə yerləşdirilməsini də xüsusi qeyd etmək olar. Həm ölkə, həm də xarici futbol xəbərləri haqqında məlumatlara da bu səhifədə rast gəlmək olar... Yazını bütünlüklə MƏTBUAT bölümündən oxuya bilərsiniz.

Paylaş