Saytımızda müyəssərlik vidceti istifadəyə verildi

single-news
4 İyl 2024

Saytımızda müyəssərlik vidceti istifadəyə verildi



Rəsmi saytımızın rəqəmsal əlçatanlıq imkanlarının genişləndirilməsi və funksionallağının artırılması məqsədilə yeni vidcet istifadəyə verilib: sağlamlıq imkanları məhdud istifadəçilərimiz üçün “Müyəssərlik vidcet”i fəaliyyətə başlayıb. Bu, klubumuzla “Corpowid” şirkəti arasında əməkdaşlıq sayəsində gerçəkləşib.


Şirkətin hazırladığı bu “rəqəmsal məhsul” əlilliyi və fiziki məhdudiyyəti olan istifadəçilər üçün nəzərdə tutulub. Saytımızdakı məlumatlar vidcet vasitəsilə onlar üçün əlçatan olacaq. Fiziki məhdudiyyətli, inklüziv şəxslər arasında futbolu, xüsusilə komandamızı sevən on minlərlə insan var. İstifadəyə verilən çoxfunksiyalı vidcet əlilliyi olan istifadəçilər – epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnotiv pozğunluğu olan istifadəçilər üçün nəzərdə tutulub. Yenilik görmə məhdudiyyətlilərin yazıları rahat oxumasına, mətnlərin tərcüməsi və böyudülməsinə, ağ-qara rejimə keçidə, şəkillərin və əlavə səslərin kəsilməsi kimi çoxsaylı funksiyaların tətbiqinə imkan yaradacaq.

Paylaş