SAYTINI GÖSTƏR, DEYIM KIMSƏN. “NETTÇI OPERATIVLIYINƏ GÖRƏ “QARABAĞ”A UDUZUR (FUTBOL+, 23.01.2007)
23 Yan 2007
SAYTINI GÖSTƏR, DEYIM KIMSƏN. “NETTÇI OPERATIVLIYINƏ GÖRƏ “QARABAĞ”A UDUZUR (FUTBOL+, 23.01.2007)
Müstəqil Azərbaycan futbolu hələ gəncdi deməyə haqqımız var. Elə futbolun inkişaf səviyyəsi də buna uyğundur. İnkişaf səviyyəsindən söz düşmüşkən, klubların bu sferasını səciyyələndirən əsasa amil onların veb-səhifələridir.
Elitada çıxış edən əksər klubların saytı var. Söz ki, bu saytlar dizaynına, operativliyinə, rəngarəngliyinə görə bir-birindən fərqlənir.
Apardığım müşahidələrdən sonra sadaladığım tələblərə ən çox cavab verən sayt kimi “Qarabağ”a məxsus ünvanı gördüm. Saytda klub haqda hamını maraqlandıran faktlar yerləşdirilib. Ən əsası da odur ki, səhifə tez-tez yenilənir. Saytın nəzarətçiləri komandanın Antalyadakı çıxışına xüsusi yer ayırıb. Hətta jurnalistlərin işini asanlaşdırmaq üçün saytda “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışından hər an imkan verən telefon nömrəsi yerləşdirilib. “Qarabağ” azerkeşləri üçün nəzərdə tutulmuş forum ən xoş sözlərə layiqdir. Ağdam klubunun saytında hava haqqında məlumat, valyuta məzənnələri yerləşdirilib. Operativliyi seçilən saytı digər veb-səhifələrdən fərqləndirən ən əsasa cəhət isə Qarabağ torpaqlarının işğal tarixinin göstərilməsidir. Burada dünya futbolunda baş verənlər haqqında da məlumat almaq olar. Amma nəzarətçilər nədənsə slayddan artıq komandanı tərk etmiş Ramal hüseynov və Samir Musayevin şəkilini götürməyi unudub.
Haqqında növbəti sayt futbolumuzun tarixini özündə əks etdirən paytaxt klubuna , dörd ölkə çempionu “Neftçi”yə aiddir. Bu saytda da foto-qalareya, azerkeşlər üçün yaradılan forum xoş sözlərə layiqdir. Amma etiraf etmək lazımdır ki, “Neftçi”nin saytı operativliyinə görə “Qarabağ”ınkına uduzur.