“Səbail” - “Qarabağ”: 26-cı duel

single-news
1 Fev 2024

“Səbail” - “Qarabağ”: 26-cı duel



“Qarabağ” Misli Premyer Liqasında növbəti oyununa bu həftə çıxacaq. Komandamız XXI turun matçında “Səbail”lə görüşəcək.

 

Qurban Qurbanovun baş məşqçisi olduğu səfərdə “Səbail”lə qarşılaşacaq. Bu, rəqiblər arasında ölkə çempionatlarında 26-cı görüş olacaq.

 

“Səbail”lə ilk dəfə 2017/18 mövsümündə qarşılaşan “Qarabağ” bu rəqiblə 25 dəfə üz-üzə gəlib. Əvvəlki oyunlarda komandamız böyük üstünlüyə malikdir.

 

20 qələbəsi olan “Qarabağ” 2 heç-heçə edib və 3 dəfə meydanı xalsız tərk edib. Texniki nəticə nəzərə alınmamaqla top fərqində də böyük üstünlük var – 54-11.

 

Komandamız səfər matçlarında da üstündür. 14-cü dəfə rəqibini qəbul edəcək “Qarabağ” əvvəlki 13 oyunun 9-da qalib gəlib. İki heç-heçəsi olan komandamız eyni sayda görüşdən xalsız ayrılıb. Qurbanovun yetirmələri səfərdə 25 qol vurub və yalnız 8 top buraxıb.

 

Qeyd edək ki, fevralın 3-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qarabağ” matçı saat 15:00-da başlayacaq.

 

27.10.2017. Qarabağ - Səbail - 1:0

08.12.2017. Səbail - Qarabağ - 0:2

18.02.2018. Səbail - Qarabağ - 0:1

07.04.2018. Qarabağ - Səbail - 1:0

18.08.2018. Səbail - Qarabağ - 0:2

20.10.2018. Qarabağ - Səbail - -:+

15.03.2019. Səbail - Qarabağ - 1:2

05.05.2019. Qarabağ - Səbail - 4:0

01.09.2019. Səbail - Qarabağ - 0:4

28.10.2019. Qarabağ - Səbail - 1:0

02.02.2020. Səbail - Qarabağ - 0:1

29.11.2020. Səbail - Qarabağ - 1:1

28.01.2021. Qarabağ - Səbail - 4:0

25.02.2021. Qarabağ - Səbail - 1:0

16.04.2021. Səbail - Qarabağ - 1:1

22.08.2021. Qarabağ - Səbail - 3:0

25.10.2021. Səbail - Qarabağ - 3:1

02.04.2022. Qarabağ - Səbail - 5:1

15.05.2022. Səbail - Qarabağ - 0:3

06.08.2022. Qarabağ - Səbail - 3:1

24.12.2022. Səbail - Qarabağ - 0:3

11.03.2023. Qarabağ - Səbail - 3:0

13.05.2023. Səbail - Qarabağ - 0:3

03.09.2023. Səbail - Qarabağ - 2:1

03.11.2023. Qarabağ - Səbail - 3:1

 

Paylaş

// pop up