"Səbail" - "Qarabağ"ımız 0:2

single-news
8 Dek 2017

"Səbail" - "Qarabağ"ımız 0:2



Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub.

Bu ilin keçirilən son qarşılaşmasında “Qarabağ"ımız səfərdə "Səbail"in qonağı olub IV turdan təxirə salınan qarşılaşma “Bayıl Arena”da baş tutub. Qış çempionluğunu vaxtından əvvəl təmin edən “Qarabağ”ımız bu görüşdə də qalib gələrək, ardıcıl 6-cı qələbəsini qazanıb. Komandamızın 2:0 hesablı üstünlüyü ilə yekunlaşan qarşılaşmada qollara Pedro Enrike və Dani Kintana imza atıblar. "Qarabağ"ımız bu qələbə sayəsində Premyer Liqada qış fasiləsinə 6 xallıq fərqlə yollanıb.

Qeyd edək ki, ölkə çempionatında XV turun oyunları 10-11 fevral tarixlərində keçiriləcək.

Azərbaycan Premyer Liqası IV turdan təxirə salınan oyun

8 dekabr (cümə)

“Səbail” – “Qarabağ” - 0:2

Qollar: Pedro Enrike, 57; Dani Kintana, 69 (p.)

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov Hakim-inspektor: Vüsal Əliyev “Bayıl Arena”

Paylaş

// pop up