"Səbail" - "Qarabağ"ımız 0:4

single-news
1 Sen 2019

"Səbail" - "Qarabağ"ımız 0:4



Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. Turun son matçında komandamız səfərdə "Səbail"in qonağı olub. Oyuna sürətli başlayan komandamız ikinci dəqiqədə hesabı açıb. Qapıçı ilə təkbətək qalan Dani Kintana dəqiq oynayıb. Oyunda nəzarəti əlində saxlayan komandamız 29-cu dəqiqədə hesabı 2:0 edib. İsmayıl İbrahimlinin ilk zərbəsini rəqib qolkiper dəf etsə də, qayıdan topu İsmayıl başla qapıdan keçirib. Matçın 59-cu dəqiqəsində komandamız hesabı 3:0 edib. Mahir Emrelinin ötürməsini İsmayıl İbrahimli möhtəşəm zərbəylə tamamlayıb. Bu qoldan 3 dəqiqə sonra isə Mahir özü fərqlənərək hesabı 4:0 edib.  

Qarşılaşmanın qalan dəqiqələrində qol olmayıb və matç komandamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

21:00. “Səbail” – “Qarabağ” - 0:4 
Qol: 
Dani Kintana, 2, İsmayıl İbrahimli, 29, 59, Mahir Emreli, 62
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov

Paylaş