"Səbail" - "Qarabağ"ımız 1:2

single-news
15 Mar 2019

"Səbail" - "Qarabağ"ımız 1:2



Bu gün Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub. "Qarabağ"ımız XXI turda səfərdə "Səbail"in qonağı olub. Matçın 32-ci dəqiqəsində Dani Kintana uzaq məsafədən möhtəşəm cərimə zərbəsiylə hesabı açıb. Bu qoldan bir neçə dəqiqə sonra rəqib yaratdığı qol epizodundan maksimum istifadə edərək hesabı bərabərləşdirib. Matçın 77-ci dəqiqəsində Dani Kintanın cərimə meydançasına ötürməsi zamanı rəqib əllə oynayıb və hakim 11 metrlik zərbə təyin edib. Riçard Almeyda penaltidən fərqlənərək hesabı 2:1 edib və matç komandamızın bu hesablı qələbəsiylə başa çatıb. Komandamız xalların sayını 45-ə çatdırıb. 

16:45. "Səbail" – "Qarabağ" - 1:2
Qollar: 
Dani Kintana, 34 (0:1), Ağabala Ramazanov, 42 (1:1), Riçard Almeyda, 77-pen (1:2)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Bayıl Arena

Paylaş