SEÇMƏLƏR MÜVVƏFFƏQİYYƏTLƏ DAVAM EDİR.

single-news
14 Mar 2005

SEÇMƏLƏR MÜVVƏFFƏQİYYƏTLƏ DAVAM EDİR.



Azərbaycanda ilk dəfə keçirilən "Yeniyetmələrin Futbolçu Müsabiqəsi" müvəffəqiyyətlə davam edir. Martın 11-dək 1200-ə yaxın 1987-1992-ci il təvəllüdlü yeniyetmələr Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçdilər. İştirakçıların sayının gözləniləndən daha artıq olması təşkilatçıların müsabiqə tarixini artırmasına səbəb oldu.Belə ki, elanlarda bildirildiyi kimi, müsabiqə yalnız 12-13 mart tarixlərində deyil, həmçinin 14 martda da davam etdi.Bunun nəticəsində 100-ə yaxın istedadlı yeniyetmə ikinci mərhələyə vəsiqə qazandı.Bu mərhələdən isə seçilənlər "Qarabağ"ın uşaq futbolunda Türkiyənın Əməkdar Məşqçisi Hamdi Sərpil Tüzünün başçılığı altında Futbolun sirlərini daha mükəmməl şəkildə öyrənməyə başlayacaqlar.Bu haqda baş məşqçinin özünün fikirləri: "Mən bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm ki, onlar bizim Müsabiqəyə belə diqqətlə yanaşdılar.Bizim məqsədimiz əsasən Futbol adına xeyir verə biləcək yeniyetmələri seçib, azərbaycan Futboluna qazandırmaqdır. Bu baxımdan müsabiqəyə 1150 nəfərin qatılması bizə lazım olanı tapmaqda çox kömək edəcəyini düşünürəm.Bunların arasından 100-ə yaxın yeniyetmə artıq II tura vəsiqə qazanıb, onların arasından da daha bacarıqlılar "Qarabağ"ın artıq mövcud gənc oyunçuları ilə bərabər məşqlərə başlayacaqlar. Müsabiqə müddətində də qeydiyyata düşmək üçün çoxlu zənglər oldu. Onlara da bildirmək istəyirəm ki, çox yaxın zamanda 1990-1993-cü il təvəllüdlü uşaqlar yenidən "Qarabağ"lı olmaq şansı əldə edəcəklər. Ona görə müsabiqədən keçməyənlər məyus olmasınlar. Birinci dəfə əgər həyəcanlı olmuşdularsa, bu dəfə öz bacarıqlarını göstərə biləcəklər".

Paylaş

// pop up