SEDAT ƏN YAXŞI SEÇİLDİ

single-news
10 Dek 2008

SEDAT ƏN YAXŞI SEÇİLDİ



“Qarabağ”ımız premyerliqanın birinci yarısının son turlarında möhtəşəm futbol sərgilədi. Özəlliklə, bir neçə səviyyəli transfer reallaşdıran komandamız son turlarda əla futbolla göz doldurdu. Şübhəsiz, bu uğurda bütün futbolçuların möhtəşəm formasını qeyd etməliyik. Bu dəfə azarkeşlərimizdən soruşmuşduq. Ən faydalı transfer kimi sayırsız. Maraqlıdı ki, təxminən hər 2 azarkeşdən biri komandamızın Bosniyaəsilli türk yarımmüdafiəçisi Sedat Sainini bəyəndiyini bildirib. Çempionatımızın tapıntısı olan 23 yaşlı yarımmüdafiəçi 1 qol və 3 assistlə yanaşı sağ cinahda möhtəşəm oyunu ilə diqqət çəkdi. Komandamızın 2 bombardirindən biri Nidal Fərhatoviç səslərin 16,5 faizi toplayıb. Makedoniya millisinin sabiq kapitanı Artim Şakiri 15,6 faizini toplayıb. Son oyunlarda Ramazanov olduğunu sübut edən Zaur isə 13,9 faiz səs toplayıb. Emin İmaməliyev və Zekeriyya Ramazani isə müvafiq olaraq 5,52 və 5,29 faiz səs toplayıb. Bu dəfə isə soruşuruq. Komandamız ilk yarının sonlarına yaxın əla futbolla çempionluğa iddialı olduğunu soruşdu. Sizcə, ən yaxşı oyunumuz hansı olub?

Cari mövsümdə ən uğurlu transferimiz kimdir? (NƏTİCƏ)

 Artim Şakiri 15.6%

Zaur Ramazanov 13.9%

 Nidal Ferhatoviç 16.5%

Sedat Saini 43.0%

Emin İmaməliyev 5.52%

Zekeriyya Ramazani 5.28%

Paylaş

// pop up