Səfər proqramımız
24 Avq 2021
Səfər proqramımız
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" FK bu gün Şotlandiyaya yollanacaq. Komandamızı Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Baş məşqçimiz Qurban Qurbanov avqustun 25-i yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Son məşqimiz isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Pittodri” stadionunda baş tutacaq.
"Aberdin" - "Qarabağ" matçı avqustun 26-da "Pittodri" stadionunda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.
