Səfər proqramımız

single-news
28 Sen 2021

Səfər proqramımız



Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Omoniya”nın qonağı olacaq “Qarabağ” FK bu gün Kiprə yollanacaq. Komandamız saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

Baş məşqçimiz Qurban Qurbanov sentyabrın 29-u yerli vaxt ilə 19:10-da (Bakı vaxtı ilə 20:10) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələri üçün açıq məşqimiz (15 dəqiqə) isə yerli vaxt ilə 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı GSP stadionunda baş tutacaq.

 

“Omoniya” – “Qarabağ” matçı sentyabrın 30-da GSP stadionunda Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

Paylaş

// pop up