Səfər proqramımız

single-news
15 Fev 2022

Səfər proqramımız



Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Olimpik Marsel"in qonağı olacaq "Qarabağ" FK bu gün Fransaya yollanacaq. Komandamızı Marsel şəhərinə aparacaq təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

Baş məşqçimiz Qurban Qurbanov fevralın 16-da yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşqimiz isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda baş tutacaq.

 

"Marsel" - "Qarabağ" matçı fevralın 17-də "Velodrom" stadionunda Bakı vaxtı ilə 00-00-da keçiriləcək.

Paylaş

// pop up