Səfər proqramımız

single-news
6 Sen 2022

Səfər proqramımız



UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq” ilə qarşılaşacaq “Qarabağ” FK sentyabrın 6-da Almaniyaya yollanacaq.

 

Komandamızı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

Sentyabrın 7-də saat 19:40-da (Bakı vaxtı ilə 21:40) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

 

Qeyd edək ki, “Frayburq” – “Qarabağ” oyunu sentyabrın 8-i Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

Paylaş