Səfərdə qollu bərabərlik

Səfərdə qollu bərabərlik
“Sabah” - “Qarabağ” - 1:1
Boyan Letiç, 73 – Redon Cica, 42 (pen.)
“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXII tur matçında “Sabah”ın qonağı olub.
Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
“Bank Respublika Arena”da təşkil olunan oyuna komandamız sürətli başlayıb. Topa daha çox sahib olan futbolçularımız rəqib müdafiəsini yarmağa çalışıblar. Komandamız bunun bəhrəsini 42-ci dəqiqədə görüb. Musa Qurbanlıya qarşı edilən kobudluğa görə təyin olunan penaltini Redon Cica qolla tamamlayıb.
İkinci hissə də komandamızın üstünlüyü şəraitində keçib. Rəqib isə sürətli əks-hücumlarla təhlükəli vəziyyətlər yaratmağa cəhd edib. “Sabah” belə həmlələrin birində bərabərlik qolunu vurub. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, qarşılaşmada başqa qol olmayıb.
Beləliklə, səfərdə 1:1 hesablı heç-heçə edən “Qarabağ” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Aktivindəki xalların sayını 77-yə çatdıran komandamız rəqibləri üçün əlçatmaz olub.
Qurban Qurbanovun yetirmələri ölkə çempionatında növbəti oyununu mayın 4-də evdə “Sumqayıt”a qarşı keçirəcək.