`Şefild Yunayted`in futbolçusu `Qarabağ`ın düşərgəsində

single-news
28 Yan 2011

`Şefild Yunayted`in futbolçusu `Qarabağ`ın düşərgəsində



`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Qış fasiləsində 3 futblçunu transfer edən komandamızın sıralarına bu gün daha bir legioner qoşulub. 21 yaşlı Tahar Aymen əslən Əlcəzairli olsa da, Britaniya vətəndaşıdır. İngiltərə `Çempionşip`in komandalarından olan `Şefild Yunayted`in üzvüdür. Hücum xəttində daha çox hücumçuların arxasında oynama qabiliyyətinə malik olan Tahar yüksək texnikaya malikdir. Britaniya vətəndaşı olmasına baxmayaraq Tahar tarixi vətəninin millisinə üstünlük verib. 1989-cu il təvəllüdlü Aymen tarixi vətəni Əlcəzairin 21 yaşlılardan ibarət millisinin şərəfini qoruyur.
Gənc  və perspektivli yarımmüdafiəçi haqqında komandamızın baş məşqçisi Qurban Qurbanov Yanvarın 30-unda keçiriləcək yoxlama oyununda qərar verəcək.

Paylaş

// pop up