Səhər `Şaxtyor` , axşam `Gloriya` ...
Səhər `Şaxtyor` , axşam `Gloriya` ...
`Qarabağ` Futbol Klubu Antalya təlim məşq toplanışını davam etdirir. Bu gün komandamızın iki dəfəlik məşqi nəzərədə tutulmuşdur. Səhər keçirilən məşqdə daha bir futbolçu komandanın düşərgəsinə qoşuldu...
İgor Radovanovic
1985-ci il doğumlu futbolçunun ampluası Hücumçudur. `Slaviya`(Bosniya) komandasından dəvət olunmuş 24 yaşlı futbolçu buna qədər Ruminiya və Belçika yüksək liqasında da oynamışdır. `Slaviya` komandasına isə `Jelezniçar` komandasından transfer olunan futbolçu Avroliqa maçlarında komandasının uğuru üçün çalışmışdır. 192 sm boya malik futbolçunun fiziki göstəriciləri yüksəkdir.
Gün ərzində axşam saatlarında daha iki futbolçu ilə futbolçuların sayını artıracaq Baş Məşqçimiz bu futbolçular haqqında son fikrini 25 yanvarda oynayacağı iki matçdan sonra bildirəcək. Məhz həmin gün yerli vaxtla səhər saat 11:00-da Ukraynanın `Şaxtyor`, axşam saat 16:00-da isə Ruminiya Premyer Liqa təmsilçisi `Gloriya Bistrita` komandaları `Qarabağ`ın rəqibi olacaqlar.
Düşərgəmizə qoşulacaq digər iki futbolçu haqqında məlumat əldə etmək üçün saytımızı izləməyi unutmayın...