ŞƏHİDLƏR YAD EDİLDİ
ŞƏHİDLƏR YAD EDİLDİ
Azərbaycanın müstəqillik qazanması məhz bu hadisəylə başladı. Düz, 18 il öncə Azərbaycan xalqı SSRİ imperiyasına qarşı rəşadətlə mübarizə aparaq öz müstəqilliyini əldə etmək uğrunda önəmli addım atdı. 100-dən çox şəhid vermək bahasına olsa da belə. Və geridə qalan bu 18 il Azərbaycan xalqının yaddaşına qanla yanaşı şanlı hərflərlə yazılıb.
“Qarabağ” Futbol Klubu günün ilk məşqindən öncə keçirilən tədbirdə məhz 18 il baş vermiş olayı yad edərək başladı. Meydanın mərkəzində yığışan futbolçulara ilk öncə komandanın kapitanı Aslan Kərimov xitab etdi.
O zaman 17 yaşında olduğunu və ömrünün sonuna qədər unutmayacağını bildirən Kərimov o günlərin nə qədər çətin lakin buna baxmayaraq insanların necə qəhrəmancasına mübarizə aparmasından danışdı.
Sonra isə komandanın baş məşqçisi Rasim Kara öz ürəyini futbolçularla bölüşdü. Rasim hoca sözə belə başladı:” Bayrağı bayraq edən üstündəki qandır. Torpaq uğrunda ölən varsa vətəndir”
Baş məşqçimiz sözə belə davam etdi: ” Hər bir dövlətin tarixində belə günlərin olması çox vacibdir. Bir xalqın formalaşmasında şəhidlərin var olması o xalqın qüdrətini göstərir”
Sonra Rasim hocanın göstərişiylə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk məşqimiz deməkm olar ki, qaşışa həsr olundu. Yarım saatlıq əzələ isitmə hərəkətlərindən sonra futbolçular 25 dəqiqə yüksək templə kross qaçdılar. Sonra isə 15 dəqiqəlik maçla məşqi başa vurdular.
Günün ikinci məşqi 15:30-da baş tutdu. Məşqin ilk bölümündə sürət artırma hərəkətlərinə üstünlük verildi. Sonra isə iki qrupa bölünərək 90 dəqiqə mac oynadılar.
Bu komadamız haqqında sonuncu məlumat deyil. Komandamıza baxışa daha 2 legioner gəlib. Laki Comet və Albert Dike Cənubi Afrika Respublikasındandır. 26 yaşları var. Hər iki futbolçu yarımmüdafiəçidir.
Bu arada komandamız sabah növbəti hazırlıq macını keçirəcək. Bu dəfə rəqibimiz Qazaxıstan təmsilçisi “Ordubaşı” olacaq. Bu oyundan sonra komandamıza baxışa gələn legionerlərin taleyinə aydınlıq gələ bilər.