Şəhidlərə ehtiramla

single-news
20 Yan 2012

Şəhidlərə ehtiramla



“Qarabağ”ımız Antalyada hazırlıqlarını davam etdirir. Hazırlığın növbəti günündə 2 məşq vardı. Günün ilk çalışması yerli vaxtla 11:00-da baş tutdu. Məşqdən öncə komandamızın baş məşqçisi Qurban Qurbanovfutbolçulara nitq söylədi. Qurban müəllim futbolçulara 22 il bundan öncə baş vermiş 20 yanvar faciəsi  haqqında danışaraq müstəqilliyimiz yolunda baş verən qanlı hadisənin tariximizdə böyük rol oynadığını bildirdi. 100-dən çox insanın şəhid olduğunu bildirdi. Şəhidlərin xatirəsi ehtiramla  yad edildi.
Ardınca günün ilk məşqi başladı. Rəşad Sadıqov qaçmaqla kifayətləndi.  Dizində müəyyən ağrılar olan Qara Qarayev isə həkim nəzarətində çalışdı. Daha çox fiziki hazırlığa yönələn çalışma sonunda toplu çalışmalar da baş tutdu.
Günün 2-ci çalışması yerli vaxtla 18:00-da baş tutacaq.
Sabah komandamız ilk yoxlama oyununa çıxacaq. Qazaxıstanın “Taras”ıyla oyun 17:00-da keçiriləcək.

Paylaş

// pop up