SƏMƏDOVUN İŞİ ÇƏTİNLƏŞDİ

single-news
2 İyl 2005

SƏMƏDOVUN İŞİ ÇƏTİNLƏŞDİ



Moskva "Spartak"ı yay fasiləsində ilk transferini həyata keçirdi. Bu "Zenit"in şərəfini qorumuş 21 yaşlı Vladimir Bıstrovdur. Transferinin məbləği 3,3 milyon avro olan yarımmüdafiəçinin Aleksandr Səmədovun mövqeyində oynadığından əslən azərbaycanlı olan futbolçu paytaxt klubundan ayrılmaq qərarına gəlib. Buna səbəb isə, əsas heyətdə Bıstrovun yer almaq ehtimalının daha böyük olmasıdır. Lakin Səmədov bundan heç də heyfsilənmir. Çünki, futbolçunu almaq istəyində olan klubların sayı kifayət qədərdir. Böyük ehtimalla Səmədov bu klublardan onu heyətində görmək istəyən Moskva "Dinamo"sunu seçəcək. Hələ ki, danışıqlar aparılır.

Paylaş