SEMİH "ATLETİKO"DA GÖRÜNƏ BİLƏR

single-news
19 Mar 2008

SEMİH "ATLETİKO"DA GÖRÜNƏ BİLƏR



İnamlı çıxışı ilə böyük rəğbət qazanan “Fənərbağça”nın gənc ulduzu Semih Şentürk müqaviləsi başa çatmaq üzrədir. İndi perspektivli futbolçu “sarı-lacivərdlilər”dən çox ciddi bir təklif gözləyir. Daha doğrusu Semih 3 illik müqavilədə oynamaq zəmanəti və illik 1.7 milyon məvacib tələb edir. Klub rəhbərliyi isə sövdələşmənin olduqca baha olmasını qabardıb. Amma tələbləri qəbul etmədiyi təqdirdə İstanbul təmsilçisi gənc forvardını itirə bilər. Hər halda Madrid ”Atletiko”su Şəntürkün xidmətlərində maraqlıdır. La Liqa təmsilçisinin Semih üçün ildə 1.9 milyon avrosundan keçməyə hazır olduğunu bildirir.Bu  isə ildə cəmi 1.2 milyon avro təklif edən “sarı-lacivərdlilər”i çətin vəziyyətə salıb. Futbolçu özü isə istədiyi məbləğə layiq olduğunu vurğulayıb: “Komandanın uğurunda mənim də rolum var. Az bir zaman ərzində oynadığıma baxmayaraq, komanda üçün nə qədər xeyirli olmağım göz qabağındadır. Ayrılmaq istəmirəm. Amma istədiyim məbləğə layiq olduğumu düşünürəm. Əgər razılığa gəlməsək, İspaniyaya gedəcəm”.

Paylaş

// pop up