Sən heç `QARABAĞ`ı gördünmü?

single-news
3 May 2013

Sən heç `QARABAĞ`ı gördünmü?



Bəzi anlar var ki, sözlə ifadə olunmaz..

Bəzi günlər var ki, həsrəti heç solmaz..

Bəzi zəfərlər var ki, çoşğusuna heç doyulmaz..

Fərqini hiss etmək, xəyal deyil, unudulmayacaq bir xatirəni duymaq üçün hər şey çox rahatdır.

Baharın könülləri hərarətləndirəcək bir axşamında, möhtəşəm bir məkanda unudulmayacaq bir xatirəyə nə deyirsiz?

16 illik qızıl həsrətinə son qoymaq, bir gün `mən də ordaydım` demək üçün hələ də gec deyil..

Qürurlanacağınız bir takımınız, onun rəngləri üçün mübarizəyə hazırsınızmı?

Möhtəşəm ziyafət üçün hər şey hazırdır..
..`Qarabağ` - `Neftçi`..

Nə qədər mütəvazi səslənsə də, bu bir derbi deyil..Bu bir 3 xallıq oyundurmu? Bu da deyil? Nədir bəs??

Gəlin, görün.. Yox, görmək yetməz, damarlarınızda o həyəcanı hiss edin, yeri-göyü inlədəcək `QA – RA –BAĞ` hayqırtısıyla zirvənin hərarətinə qovuşun...

Birliyimizin, ailəmizin zirvə məqamındayıq...

Hamımız birlikdəyik...

Sən heç `QARABAĞ`ı gördünmü?

Görmək yetməsə, ünümüz çatmasa

Ruhumuz qovuşsa birlikdə `Qarabağ`da..

Bəlkə birləşək `Qarabağ`da..

Sən heç `QARABAĞ`ı gördünmü?


 

Paylaş

// pop up