"Sən hər zaman bizim Vaqif olaraq qalacaqsan" (fanat.az)
15 Yan 2010
"Sən hər zaman bizim Vaqif olaraq qalacaqsan" (fanat.az)
Tahir Gözəl: "Tvente"də də başarılı olacağına inanırıq"
Fanat: "Vaqif, sənə uğurlar arzulayırıq. "Tvente"də də başarılı olacağına inanırıq. Ürəyimiz hər zaman səninlə olacaq. Sən hər zaman bizim Vaqif olaraq qalacaqsan. Sənin yetişməyində əməyi olanların hər birinə təşəkkür edirəm. Sənin istənilən uğurun "Qarabağ"ın uğuru olacaq". Fanat.az xəbər verir ki, bu sözləri bu gün keçirilən tədbirdə "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
Qeyd edək ki, bu gün "Qarabağ" Vaqif Cavadovla vida tədbiri keçirib. Tədbirdə futbol ictimaiyyətinin tanınmış nümayəndələri və jurnalistlər iştirak edib.