SENSASİYA BAŞ VERMƏDİ (AYNA, 22.11.2005)
22 Noy 2005
SENSASİYA BAŞ VERMƏDİ (AYNA, 22.11.2005)
Ölkə kubokunun 1/8 finalının ilkin görüşlərindən sonra mübarizənin daha kəskinləşərək sensasiyalar vəd edirdi. Lakin revanş matçında iddialılar güclərini səfərbər etməklə istəklərinə çatdı. Ən çətin sınaq isə ölkə çempionu "Neftçi"ni Sumqayıt "Gənclərbirliyi" ilə səfər matçı gözləyirdi. Cari mövsümdə flaqmanın gənclər şəhərinin təmsilçisi ilə oyunu heç alınmır. Ölkə çempionatında qeydə alınan heç-heçədən sonra kubokun ilk oyununda "bayraqdar" doğma divarlar arasında sumqayıtlılara yenildi - 1:2.
Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov əksəriyyəti gənclərdən təşkil olunmuş rəqibə yerini göstərdi. Əvvəlki iki görüşdəki səhvlərdən nəticə çıxaran "ağ-qaralar" cavab matçında nöqsanlara yol vermədi. Gənclik ehtirasından coşub-daşan çılğınlığı bakılılar ilk yarım saatda almaqla hesabı açdılar. Adamiyanın ideal ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Nadir Nəbiyev mübarizədən qalib çıxdı. Hətta minimum hesablı məğlubiyyət ev sahiblərinə növbəti mərhələyə çıxmaq imkanı verirdi.
Lakin bununla barışmayan qonaqlar hücuma atılaraq bəxtini rəqib qapısında axtardı. Məhz kəskin həmlələrin sayəsində müdafiəçilərin səhvindən istifadə edən Mişuranın təxminən 20 metrdən vurulan zərbəsi "gənclər"in qapı torunu silkələdi. Hakimin final fitinə qədər 2:0-lıq qələbəni qoruyan paytaxt təmsilçisi çətinliklə olsa da "Gənclərbirliyi" səddini keçdi.
Ən böyük sensasiya Tovuzda qeydə alına və mübarizəni davam etdirmək iqtidarında olan yeganə aşağı divizion təmsilçisi "Göygöl" zəfərə çata bilərdi. Lakin "Turan" futbolçuları bu oyunda bir qol vuraraq, qapısının da toxunulmazlığını qorumaqla, heyətində problemlər yaşadığı dövrdə gələcəyə ümid qazandı. Çempionluq yolunda inamla addımlayan hazırda turnir cədvəlinin lideri "İnter" baş məşqçi Konkovsuz "Göyəzən" önündə çətinlik çəkdi. Ukraynalı mütəxəssisin yoxluğunda "bankirlər" doğma divarlar arasında çempionatın autsayderi Qazax "Göyəzən"inə minimal hesabla qalib gəldilər. Bu mərhələdə zəiflərin sıradan çıxmaqla güclülərin yolunu davam etdirməsi qarşıdakı mərhələnin daha gərgin keçəcəyini göstərir.
1/8 finalın digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb.
"Bakı" - "Olimpik" (Bakı) 3:0 (ilk oyun 0:0),
"Gənclərbirliyi" (Sumqayıt) - "Neftçi" 0:2 (2:1)
"Turan" (Tovuz) - "Göygöl" (Xanlar) 1:0 (0:0)
"Qarabağ" (Ağdam) - "Xəzər-Lənkəran-2" 2:1 (0:0)
"Karvan" (Yevlax) - "Gəncə" 1:1 (3:1)
"Xəzər-Lənkəran" - "Şahdağ" (Qusar) 1:0 (2:0)
"İnter" (Bakı) - "Göyəzən" (Qazax) 1:0 (1:1)
"Bakılı" - "MKT-Araz" (İmişli) 0:2 (1:5)
1/4 finalın ilkin görüşləri gələn ilin mart ayında keçiriləcək və aşağıdakı cütlər üz-üzə gələcəklər.
"Neftçi" - "Turan",
"Qarabağ" - "Bakı",
"MKT-Araz" - "Xəzər-Lənkəran",
"Karvan" - "İnter".