Şensoy Samir Musayevi istəyir (FUTBOL+, 02.07.2005)

single-news
2 İyl 2005

Şensoy Samir Musayevi istəyir (FUTBOL+, 02.07.2005)



"Turan"ın düşərgəsində yeni futbolçuların sayı çoxalır. Bolqar Kiril Çorovla Georgi Vladimirovun ardından ötən mövsümü "Qarabağ"da keçirən Samir Musayev də Tovuz təmsilçisinin anlaşmaq istədiyi oyuçulardandı. "Turan"ın baş məşqçisi Naci Şensoy Nadir Nəbiyevlə Kənan Kərimovun gedişindən sonra hücumçuya ehtiyac duyduqlarını bildirdi: "Anlaşa biləcəyimiz səviyyəli yerli futbolçu azdı. Samir Musayev də belələrindəndi. İrəlidəki boşluğu onunla doldurmaq niyyətindəyik. Samir məşqlərimizdə iştirk edir və onunla bağlı rəhbərliyə raport təqdim etmişəm". Naci bəy bir neçə gündü komananın məşqlərinə qatılmayan Rüfət Quliyevlə Elşən Qəmbərovun da xidmətində maraqlıdı. Təcrübəli futbolçuları ixtiyarında görmək istəyən mütəxəssis qalan məsələlərin rəhbərliklə həll oluncağını bildirdi. Komandadan ayrılacağı söylənilən Ayxan Abbasova gəlincə, yarımmüdafiəçi hazırlığını "Turan"da davam etdirir. Şensoy bizimlə söhbətdə Corovla Vladimirov haqd da fikirlərini açıqladı: "Onları çox yaxşı tanıyıram. "Slaviya"da iki il birgə işləmişik və öz futbolçularımdı. Hazırda Bolqarıstan təmsilçisiylə müqaviləsi olan futbolçularla bağlı klub rəhbərləri arasında danışıqlar gedir".

Paylaş

// pop up