“Sent Ceyms Park”da 5 qol

single-news
25 Fev 2026

“Sent Ceyms Park”da 5 qol



“Nyukasl” – “Qarabağ” – 3:2

Tonali, 4, Joelinton, 6, Botman, 52 // Duran, 51, Cəfərquliyev, 57

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçına çıxıb.

 

“Nyukasl”la İngiltərədəki qarşılaşma “Sent Ceyms Park”da baş tutub. Görüşün əvvəlində meydan sahibləri iki erkən qol vurublar.

 

Fasilədən sonra Kamilo Duran fərqi minimuma endirib – 1:2. İngiltərə təmsilçisi 3-cü qolu vurduqdan sonra komandamız bir dəfə də fərqlənib.

 

Marko Yankoviçin penalti zərbəsini qapıçı qaytarsa da, Elvin Cəfərquliyev topu tora göndərib – 2:3. Bu, futbolçumuzun “Nyukasl”la duellərdə ardıcıl ikinci qolu olub.

 

Qeyd edək ki, “Qarabağ” növbəti matçını martın 1-də keçirəcək. Komandamız Misli Premyer Liqasının XXII turunda “Sabah”ı qəbul edəcək.

Paylaş

// pop up