SERBİYANI UDMALIYIQ!!!
SERBİYANI UDMALIYIQ!!!
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində doğma divarlar arasında Portuqaliya millisini qəbul edib. Görüş Azərbaycan komandası üçün yaxşı başlamayıb. Belə ki, artıq 7-ci dəqiqədə qapıçı ilə toqquşan Emin İmaməliyev oyunu vaxtından əvvəl tərk etməli olub. Cəmi 5-dəqiqə sonra isə portəgizlər hesabı açıb. Bruno Alves Dekunun küncə zərbəsindən göndərdiyi topu başqa tora qovuşdurub. 27-ci dəqiqə millimiz daha bir üzücü olayla qarşlaşıb. Kapitan Aslan Kərimov xorvatiyalı hakim Bebek tərəfindən meydandan uzaqlaşdırılıb. Azlıqda qalmasına baxmayaraq millimiz bir dəfə real qol şansı əldə edib. Lakin Branimir Subaşiç qapıçı ilə təkbətəkdən istifadə edə bilməyib. Əvəzində ilk yarının son dəqiqəsində qonaqlar hesabı artırıblar. Almeyda millisində qol hesabını açıb.
İkinci yarıda komandamız güclü rəqibinə müqavimət göstərməyə çalışsalarda Portuqaliya millisi bir necə dəfə əlverişli şans əldə edib. Lakin hər dəfə “Qarabağ”ın şərəfini qoruyan Fərhad Vəliyev qola imkan verməyib.
Beləliklə, komandamız evdə ilk dəfə Portuqaliyaya məğlub oldu. Xatırladaq ki, 1999-cu ildə baş tutan qarşılaşmada komandamız 1:1-lik bərabərlik əldə etmişdi.
Artıq Oktyabrın 27-sində millimiz daha bir rəqibini qəbul edəcək. İndiyə kimi, bir dəfə yendiyimiz, və bir dəfə 1 xal aldığımız ünlü Serbiya millisi qarşısında Azərbaycan qələbə arayacaq. Bütün futbolsevərləri millini dəstəkləməyə çağırırıq.