SERBLƏR QALİB GƏLDİ, YIĞMAMIZ İSƏ ÜMİD VERDİ...
3 Sen 2006
SERBLƏR QALİB GƏLDİ, YIĞMAMIZ İSƏ ÜMİD VERDİ...
Avropa Çempionatının Seçmə Mərhəsi çərçivəsində Azərbaycan Yığması ilk görüşünü Belqradın "Srvena Zvezda" stadionunda Serbiya Millisinə qarşı keçirdi. İlk hissənin qolsuz bərabərliklə başa çatdığı görüşün 72-ci dəqiqəsində hesab açıldı. Jiqiçin vurduğu qol oyunda yeganə oldu və Şahin Diniyevin rəhbərliyi ilə komandamız ilk rəsmi oyundan məğlub ayrıldı...
Qrupumuzda keçirilən digər qarşılaşmada Polşa Yığması gözlənilmədən öz meydançasında Finlandiya Yığmasına 1:3 hesabı ilə məğlub oldu.
Digər maraq doğuran görüşlərin nəticələrini diqqətinzə çatdırırıq:
Gürcüstan 0 - 3 Fransa
İtaliya 1 - 1 Litva
Moldova 0 - 1 Yunanıstan
Latviya 0 - 1 İsveç
Almaniya 1 - 0 İrlandiya
Rumıniya 2 - 2 Bolqarıstan
Belarus 2 - 2 Albaniya
İngiltərə 5 - 0 Andorra
İspaniya 4 - 0 Lixtenşteyn
Lüksemburq 0 - 1 Hollandiya
Slovakiya 6 - 1 Kipr
Xatırladaq ki, Millimiz növbəti oyununu 06.09.2006-cı il tarixində Bakıda keçirəcəklər.