Şərəf, Ləyaqət, Vicdan...Bunların Əfqana nə dəxli var?

single-news
21 Sen 2009

Şərəf, Ləyaqət, Vicdan...Bunların Əfqana nə dəxli var?



Cəmi bir neçə gün öncə `Qarabağ` Futbol Klubu Azərbaycanımızın nüfuzu üçün inanılmaz olaya imza atdı. Hər kəsin sildiyi, çoxlarının ciddiyə almadığı komandamız Avrokuboklarda müstəqil Azərbaycan futbol tarixində ən böyük uğura imza atdı. Kim inanardı ki, Qurban Qurbanovun başçılıq etdiyi gənclər durijinası futbol üçün deyil, vətən, şərəf və ləyaqətləri üçün inanılmazı reaallaşdırdırar..Bunu heç kimin inanmadığı azəri övladları etdilər..Gənc, bir çox klubların azərbaycanlılara inanmadığı bir mühitdə Qurban Qurbanov 18-20 yaşlı uşaqlarla `Tvente`yə qan ağlatdı. O `Tvente` ki, `Fənərbaxça`nı məğlub etdi, Hollandiya çempionatının lideridir...

...Məhz, o `Tvente`nin dünyaca ünlü məşqçisi Stiv Maklaren Bakıda, oyundan sonra baş tutan mətbuat konfransında demişdi ki, sizlər `Qarabağ`la fəxr etməlisiniz!!! Bəli, biz də inanırıq ki, içində vətən sevgisi, insan heysiyyatı, vicdan duyğusu, ləyaqət hissi keçirən hər bir azərbaycanlı `Qarabağ`ın bu uğuruyla fəxr etdi.

Biz də elə fikirləşirdik. Ta ki, dünən baş tutumuş `Simurq` - `Qarabağ` macına qədər. Əslində, hər şey çox gözəl başlamışdı. `Qarabağ` ilk 2 macda qələbə qazanaraq heyətinin gənc azəri övladları olmasına görə qeyd etdiyimiz amillərə görə. Təbii ki, söhbət idman prinsiplərindən gedirsə, biz heç də demirik ki,  hər kəs `Qarabağ`ın qələbə qazanmasını və ya onun uğuru üçün çalışmalıdır. Biz sadəcə, ləyaqət, şərəf hisslərinin futbolumuzun bu parlaq uğurunda insanların vicdanına bir hərarət gətirməsini düşənərdik.

Amma, heyhat. Adətən, Azərbaycanımızda, vətənimizə onun insanına xilaf, vicdansız, namussuz, şərəfsiz hərəkəti zamanı ona mənfur erməni damğası vururuq. Düzü, dünənki, oyunu idarə etmiş Əfqan Həmzəyevə böyük məmnuyyətlə `mənfur` şərəfinə layiq görmək istərdik. Amma, çox təəssüf ki, özünü hakim adlandıran `əfqan həmzəyev`in hərəkətlərini daha doğrusu mənəviyyat(sızlığı)nı gördükdən sonra mənfur kəlməsinin nə qədər uca anlam daşıdığının şahidi olduq.

 `əfqan həmzəyev` `Bakı-Ekranas` oyununda komandamız qol vuranda  elə sevinirdi ki, belə vətən oğulları olmağımızla fəxr edirdik. Dedik gör, `əfqan həmzəyev` `Qarabağ`ımızın avrokuboklarda uğur qazanmasına gör necə də sevinib.

Amma dünənki oyundan sonra... Əmin olduq ki, Stiv Maklarenin fəxr etməli olduğu dediyi hadisədə bəziləri çox üzüübmüş...Mübarək Ramazan bayramı günündə, azərbaycanlıların bu xoş günündə `əfqan həmzəyev` elə bərbad idarəçilik göstərdi ki, ona hakim deməyə adamın dili gəlmir...Amma sizi bir qədər keçmişə götürəcəyik.

2007-ci il. Qəbələ. Milli çempionatda `Qəbələ` - `Qarabağ` oyunu keçirilir. `əfqan həmzəyev` bəlkə dünya futbol tarixinin ən şərəfsiz idarəçiliyini göstərir. İlahi ədalətin mücəssəməsi olaraq komandamız həmin oyunda qalib gəldi. Həmin oyundan sonra `Qarabağ`da hər kəs bir-birinə qoşulub ağlayırdı.

Düz 2 il `Qarabağ`ın oyunlarına `əfqan həmzəyev` təyinat almadı. Sanki, hakimlərin təyinatı ilə məşğul olanlar `əfqan həmzəyev` ölkəmizin həssas bölgəsinin adını daşıyan komandaya olan nifrətini hiss ediblərmiş. Və, dünən...Qurban Qurbanovun sözü kifayət edər:` Əfqan `Qarabağ`ı vurmurdu, Azərbaycan futbolunun gələcəyini qırdı`

Həqiqətən,dünən legionerlərdən ibarət yığmaya qarşı komandamız 5 nəfər 18-21 yaşlı futbolçularla çıxmışdı. Bizim, `Simurq` klubuyla heç bir işimiz yoxdur. Güclü olan şəxs odur ki, məğlubiyyəti qəbul edə bilsin. Və ` Simurq`u qələbə münasibətiylə təbrik etmək ləyaqətini də hiss edir və qəbul edirik. Amma görəsən `əfqan həmzəyev` dünən ki oyundan sonra ən azı 1 milyon insanın ürək ağrısından, nəinki dişlərinin dibindən eyni zamanda çiyərlərinin hərərətli sözlərinin `ləyaqət`ini qaldıra biləcəkmi?  İnanmırıq. Çünki, bunun üçün o ləyaqətə, və şərəfə sahib olmaq lazımdır.

Əlbəttə, `əfqan həmzəyev`i bütün Azərbaycan yaxşı tanıyır. Onun `beynəlxalq` praktikası hər kəsə bəllidir. Hacı adı altında nələrdən keçidiyi də gizli işlər deyil.

AFFA və PFL-in hakimlərin inkişafı üçün gördüyü işlərin müqabilində ramazan günlərində nəfsinə yenilən, müqəddəs olan hər şeyə tüpürən `hacı` öz adını bütün Azərbaycanda bədnam etdi..

Vaxtilə, bu ölkənin yetişdirdiyi Tofiq Bəhramov, eldar Əzimzadə kimi hakimlərin şərəfinə insanlar övladlarına Tofiq, Eldar adları verməkdən şərəf duyublar. Hər halda əminik ki, bu gündən etibarən ölkəmizədə `əfqan` adında artım olmayacaq.

`Qarabağ` ölkə futbolunda başladığı inqilabı davam etditmək istəyir. Biz çevriliş etmirik. Bizim inqilabımız Azərbaycan futbolçusuna inam inqilabıdır. Amma, təəssüflər olsun ki, azərbaycanlı adı altında gizlənən bəzi `ikiayaq`lılar göstərdi ki...

`əfqan həmzəyev`. Kaş ki, şərəf və ləyaqəti bazardan almaq mümkün olaydı...Hər halda bu mümkün olmayaq. Quyu su tökməklə quyu sulu olmaz...edilən qarğışlar və təhqirlər isə sənə Ramazan hədiyyəsidir... Halal xoşun olsun......

 

Paylaş

// pop up