SERGEY KRAVÇENKO: "KUBOKU BİZ QAZANACAĞIQ!"

single-news
5 Okt 2005

SERGEY KRAVÇENKO: "KUBOKU BİZ QAZANACAĞIQ!"



"Qarabağ" ötən mövsüm başa çatdıqdan sonra hazırlıqlara gecikdiyindən bəzi oyunçularını da itirmək məcburiyyətində qaldı. Lakin bununla belə komanda yeni baş məşqçisi ilə toparlanmağı bacardı və döyüşkən yeni heyət qurmaq vəzifəsinin öhdəsindən gəldi. Yeni qurulmuş heyətdə isə, Ukraynalı legionerlərin rolu böyükdür. Belə legionerlərdən biri orta xətt oyunçusu Sergey Kravçenkodur. - 1983-cü il, aprelin 24-də Donetskdə anadan olmuşam.6 yaşından "Şaxtyor" Futbol məktəbində bu idman növünün sirlərini öyrənməyə başlamışam. Daha sonra "Metallurq"da bir il oynadım. Komandamızın "Şaxtyor-2" ilə yoxlama oyununda iki qolla fərqləndim və məni oraya dəvət etdilər. Ora ilə 3 illik müqavilə imzaladım... - Bununla belə "Qarabağ"ı daha üstün tutub, bizi seçdin... - Mən "Şaxtyor"u sevirəm. Atam da orada futbol oynayıb, 100 oyunda 25 dəfə də fərqlənib. Lakin prfesional futbolçu olmaq istəyən biri kimi, bura mənim üçün daha cəlbedici oldu. - Seçimində sənə kim yardımçı oldu? - Əlbətdə ki Denis. Onun burada olması mənə stimul verdi ki, mən Azərbaycana gəlim. İndi də seçimimdə yanılmadığımı düşünür, buna sevinirəm. - Özü də hər ikiniz orta sahə oyunçususunuz... - Bu da öz müsbət təsirini göstərdiyini düşünürəm. Orta sahədə Denislə, Aslanla birgə oynamaq mənə ayrı bir zövq verir. Mənə elə gəlir ki, biz indiyə qədər oynadığımız altı turda heç bir komandanın orta sahəsindən zəif olmamışıq. Onlar müdafiəyə meyilli, mən isə hücuma meylli yarımmüdafiəçi kimi meydanda yer alıram. - Dediyin bu altı turda ən xoşuna gələn oyun hansıdır? - "Xəzər-Lənkəran"la oyun çox gözəl alındı. Biz bu matça yalnız qələbə üçün çıxmışdıq.Oyun göstərdi ki, asanda qələbə qazana bilərdik. Lakin bəzi anlarda qol vurmamağımız sonadək matçın marağını saxladı. Bir də "Turan"la oyun çox xoşuma gəlib. Onlar həm özləri gözəl oynayır, həm də rəqibə oynamaq şansı verirlər. Buna görə də Tovuzdakı oyunun da maraqlı keçdiyini düşünürəm. Orada isə biz ən azı heç-heçəyə layiq idik. Amma - Komandanın bu il hansı nəticəni göstərəcəyini düşünürsən? - Bizə verilən tapşırıq gözəl, baxımlı oyun oynamaqdır. Belədə nəticə də gələcək. Biz oyundan oyuna bir birimizi daha yaxşı başa düşürük. Komandada əhval-ruhiyyə də əla səviyyədədir. Prezidentimiz də bizə hər cür şərait yaradıb. Ona görə düünürəm ki, bu il biz çempionat oyunlarında üst yerlərdən birini tuta biləcəyik. Kuboku isə almaq öz əlimizdədir. Mənə elə gəlir biz ona layiqik və bunun öhdəsindən gələ biləcəyik. - Komandaya uyğunlaşdığını deyirsən, Bakıda yaşamaq necə, ürəyincədirmi? - Dostumun (Denisi nəzərdə tutur) yanımda olması məni darıxmağa qoymadı. Bakı isə gözlədiyimdən də gözəl şəhərdir. Burada həm şəhər, həm də hava imkan verir ki, istirahət zamanı normal dincələsən. İnsanlarınız isə müdhişdir. Həddən artıq qonaqpərvərdirlər. Komanda yoldaşlarım da mənə kömək edirlər. Buna görə onların hamısına təşəkkürümü bildiririəm.

Paylaş

// pop up