SERGEY SOKOLOV İSVEÇRƏDƏN QAYITDI . . .

single-news
23 Dek 2006

SERGEY SOKOLOV İSVEÇRƏDƏN QAYITDI . . .



Belçika - Azərbaycan oyunundan sonra keçirilmiş dopinq nəzarət zamanı "Qarabağ" Futbol Klubunun və Millinin müdafiəçisi Sergey Sokolovun qanından qadağan olunmuş preparat tapıldığı məlum idi. İki gün öncə futbolçunun dopinq məsələsinə İsveçrənin Nion şəhərində UEFA-nın Nizam İntizam komitəsində baxıldı və futbolçu dindirildi. Təfərrüatı ilə Sokolovun fikirləri: "Məndən öncə dörd nəfərdən ibarət komissiya toplantı keçirdi və sonra mən dəvət olundum. Bütün məsələlərdən onların tam məlumatı var idi ki, bunu da mənə verilən suallardan anladım. İlk suallar çox soyuqqanlı idi və hiss olunurdu ki, mənə ən ağır cəza verilməsini düşünürlər. Amma sual-cavabın sonunda hiss elədim ki, onlar da mənim günahsız olduğumu anladılar... Sonra Sergey konkret suallara cavablarını da bildirdi: "Konkret olaraq qanımdan tapılmış preparatın 24 saat ərzində qəbul olunması məsələsinə suala mən də konkret cavab verdim. Onlar da həqiqətən ilk hissədə zədələndiyimi, ilk hissədən sonra mənə ağrıkəsici dərmanın vurulduğunu dedim. O preparatın tərkibində isə nəyin olmasını mən bilmədiyimi söylədim. Bundan başqa heç bir iynəni və həbi qəbul etmədiyimi də dedim. " Futbolçumuz sonda onların nə fikirdə olduğunu dair sualımızı da cavablandırdı: "Əgər mən o toplantıya getməsəydim dolayısı ilə günahkar olduğumu qəbul etdiyim demək idi. Qərar isə gözlənilən olacaqdı - 2 il. Amma mənim oradakı fikirlərim, olanları tam səmimiyyəti ilə deməyim oradakıların fikirlərinə təsir etdiyini düşünürəm. Hər halda qərar çıxarmağın daha bir dəfə təxirə salınması da mənim fikirlərimlə üst-üstə düşür. Bu dediklərimin hamısı yalnız ehtimaldır və son qərar yanvarın 10-da çıxarılacaq ki, bunu da gözləməkdən başqa yolumuz yoxdur." Xatırladaq ki, futbolçumuz yanvarın 4-nə qədər digər klub üzvlərimiz kimi, istirahət etdikdən sonra təlim məşq toplanışına yollanacaq.

Paylaş

// pop up